1 dekabr Ümumdünya QİÇS-ə qarşı mübarizə günü

1 dekabr 2023-cü il tarixində məktəbin psixoloqu Gülnarə Cəbrayılovnın təşkilatçılığı ilə 1 dekabr Ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunmuş tədbir keçirilmişdir. O, qeyd etdi ki, QİÇS deyilən xəstəlik artıq bütün dünyanı caynağına alan bəlaya çevrilib. Bu xəstəliyin çox qədim tarixi olmasına baxmayaraq, əslində keçən əsrin 80-ci illərindən başlayaraq kütləvi şəkil alıb. Hal-hazırda dünya əhalisinin 35 milyondan çoxu bu xəstəliyin daşıyıcısıdırlar. Ölkəmizdə də 4500-dən çox bu xəstəliyin daşıyıcıları var. Bu tədbiri keçirməkdə məqsəd gənclərimizin bu xəstəliyi qarşı çox diqqətli və ayıq-sayıq olmalarıdır. QİÇS adlanan bu mərhələdə ən adi bir xəstəlik də çox ağır bir fəsadlara gətirib çıxararaq ölümlə nəticələnə bilər. Bu xəstəliyin yaş həddi yoxdur. Xəstəliyə yoluxmamaq üçün hər bir insan məlumatlı olmalı, xüsusən də müalicə olunarkən, tibbi alətlərdən istifadədə qan köçürülməsi zamanı, diş fırçası və üzqırxanlardan istifadədə və xüsusən qadınlar gözəllik salonlarında diqqətli və ehtiyatlı olmalıdır. Görüş zamanı tədbir iştirakçılarına QİÇS-lə bağlı slayd nümayiş olundu.