"Heydər Əliyev və Azərbaycan təhsili" mövzusunda tədbir keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 16 yanvar 2023-cü il tarixli 3-29-59/3-2-12F/2023 nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı BŞTİ-nin Tədbirlər Planının icrasına əsasən 28 noyabr 2023-cü il tarixində R.Baxışov adına 218 nömrəli tam orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayev və uşaq birliyi rəhbəri Tural Cəmilovun rəhbərliyi, məktəb üzrə "Kiçik Akademiya"nın prezidenti Elza Cəfərovanın təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycan təhsili" mövzusunda tədbir keçirildi.