"Kəlbəcər şəhəri günü"nə həsr olunan tədbir keçirilib

25.11.2023-cü il tarixində uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayev və Uşaq Birliyi Rəhbəri Tural Cəmilovun rəhbərliyi altında 25 Noyabr – Kəlbəcər Şəhəri Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edirdilər. Əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhları bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Məktəbin direktoru Əbülfət Bağırov Kəlbəcər Şəhəri Günü münasibətilə hər kəsi təbrik etdi. Tədbir şagirdlərin hazırladıqları təqdimatların nümayiş etdirilməsi ilə davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi