"Zərərli vərdişlərə yox deyək!" adlı maarifləndirici görüş

23.11.2023-cü il tarixində uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayev və Uşaq Birliyi Rəhbəri Tural Cəmilovun rəhbərliyi altında “Zərərli vərdişlərə yox deyək!” adlı maarifləndirici tədbir keçirildi. Bu dövrdə yeniyetmənin həyatında elə əsaslı dəyişikliklər baş verir ki, onun idrakının, davranışının, əqli əməyinin, yoldaşlarla qarşılıqlı əməkdaşlığının, münasibətlərinin, valideynlərlə rəftarının, emosional, estetik, mənəvi-əxlaqi inkişafının bir çox tərəfləri müəllimə sirli və anlaşılmaz görünür, bu da yeniyetmələrlə işləmək işini xeyli çətinləşdirir. Ona görə də məktəblilərlə bu səpgidə keçirilən tədbirlər, mütəmadi onlarla aparılan əxlaqi söhbətlər uşaqlarımızın düzgün inkişafına, asudə vaxtlarının səmərəli keçməsinə müsbət təsir göstərir. Tədbir zamanı uşaq birliyi rəhbəri Tural Cəmilov şagirdlərə zərərli vərdişlərə dair lazımı maarifləndirici məlumatlar verib, biri-birindən maraqlı və rəngarəng təqdimatlar nümayiş etdirib. Tədbir zamanı şagirdləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi