IX siniflərdə "Deviant davranışların profilaktikası" mövzusunda maarifləndirici söhbət

Məktəbimizdə psixoloq tərəfindən uşaq və yeniyetmə yaş qrupu olan şagirdlərlə mütəmadi olaraq "Deviant davranışların profilaktikası" mövzusunda maarifləndirici tədbirlər və seminarların təşkili davam etməkdədir. Bu məqsədlə görülən işlərin davamı olaraq 22 noyabr 2023-cü il tarixində məktəbin psixoloqu Gülnarə Cəbrayılova IX e sinif şagirdləri ilə Deviant davranış mövzusunda söhbət aparmışdır. Məktəbin psixoloqu bildirib ki, deviant davranış cəmiyyət tərəfindən qəbul edilmiş sosial normalardan kənara çıxma halıdır. Deviant davranışlara xuliqanlıq, yollarda ehtiyatsızlıq, narkomaniya, alkoqol və ya siqaretdən asılılıq, maddələrdən sui-istifadə, nalayiq davranış, vəhşilik, qumar asılılığı və s. aiddir. Qısaca deviant davranış hüquqi müstəvidə qiymətləndirilməyən normadankənara çıxma davranışlardır. Görüşün keçirilməsində əsas məqsəd şagirdləri deviant davranışların mənfi nəticələri barədə mütəmadi məlumatlandırmaq və onları bu tip davranışlardan uzaq tutmağa çalışmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi