Ağdam şəhəri günü qeyd olundu

15.11.2023-cü il tarixində uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayev və uşaq birliyi rəhbəri Tural Cəmilovun rəhbərliyi altında Ağdam şəhəri günü ilə bağlı olaraq 8 g sinif şagirdlərinin iştirakı ilə "Dəyirmi masa" keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əbülfət Bağırov bildirdi ki, 2020-ci il 20 noyabr tarixi – Ağdamın azad olunduğu şanlı gündür. Bu tarix xalqımız üçün qürur günüdür. Bu gözəl anlar üçün Ali Baş Komandana təşəkkür bildirildi. Sonda videoçarxlar nümayiş olundu və şagirdlər müxtəlif təqdimatlarla çıxış etdilər.