Uşaq Hüquqlarının müdafiəsi ilə bağlı interaktiv dərs keçirildi
11 noyabr 2023-cü il tarixində məktəbin psixoloqu Gülnarə Cəbrayılova IX e sinif şagirdləri üçün interaktiv dərs keçirdi. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq və milli qanunvericiliyin tələbləri barədə məlumat verdi.Görüş zamanı vurğulandı ki, ölkəmizdə uşaqların hüquqlarının müdafiəsi, onların inkişafı ilə bağlı Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ardıcıl islahatlar həyata keçirilib, dövlət uşaq siyasətinin hüquqi əsasları formalaşdırılıb, zəngin qanunvericilik bazası yaradılıb.