"Zəfər sənə çox yaraşır, Azərbaycan!" adlı tədbir keçirildi.

Tədbirlər Planına uyğun olaraq 07.11.2023-cü il tarixində məktəbin III sinif rəhbərlərinin təşkilatçılığı ilə "Zəfər sənə çox yaraşır, Azərbaycan!" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əbülfət Bağırov Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü barədə şagirdlərə ətraflı məlumat veridi. Vətən Müharibəsində qabaqcıl hərbi texnika və texnologiyalardan məharətlə istifadə edən Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazması barədə söhbət açıldı. Möhtəşəm qalibiyyətin əldə edilməsində müasir hərbi biliklərə və döyüş bacarıqlarına sahib, qəhrəman Azərbaycan əsgər və zabitlərinin mühüm pay sahibi olduğu diqqətə çatdırıldı. Çıxış edən şəhid valideynləri və məktəb rəhbərliyi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qüdrətli ordumuzun şücaəti sayəsində zəfər çaldığımız 44 Günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin göstərdiyi qəhramanlıqdan geniş söhbət açıblar. Qeyd olunub ki, xalqımız tarixi zəfərin ildönümünü artıq 3-cü ildir ki böyük qürurla və təntənə ilə qeyd edir. Daha sonra şagirdlərin ifasında şeirlər söylənildi, səhnəciklər və musiqilər ifa olundu.