Şagirdlər Şəhidlər Xiyabanını ziyarət ediblər

05 noyabr 2023-cü il tarixində “8 Noyabr - Zəfər Günü” münasibətilə məktəbin VI a sinif rəhbəri Fatma Əvəzzadənin rəhbərliyi altında şagirdlərin Binə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanına ziyarəti təşkil olundu. Şagirdlər tərəfindən şəhidlərin məzarlarına tər qərənfillər düzüldü. Şagirdlərimiz Vətən müharibəsi iştirakçıları və qazilərlə xatirə şəkilləri çəkdirdilər.