“Uşaq hüquqları aylığı” çərçivəsində keçirilən tədbirlər (SSXTD)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan olunmuş 2023-cü il 20 oktyabr - 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Səyyar sosial xidmətlərin təşkili departamenti tərəfindən  məktəbdə “Uşaq hüquqlarının müdafiəsinin onların psixososial inkişafına təsiri” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə departamentin böyük mütəxəssisi Amin Həsrətov Agentliyin fəaliyyəti haqqında, departamentin aparıcı mütəxəssisi Aydan Əbdülbağıyeva məktəbli yaş dövrünün psixoloji xüsusiyyətləri, uşaq hüquqları və onların müdafiəsi, “Təhsildə sosial iş” layihəsi, məişət zorakılığı və onun qarşısının alınması istiqamətində məktəbin VIII və IX sinif şagirdlərinə maarifləndirici məlumatlar veriblər. Tədbirin əsas məqsədi, təhsildə sosial iş istiqamətində uşaqların sosial müdafiəsi və sosial siyasəti həyata keçirmək, onların hüquqlarını təmin etmək, uşaqlara diqqət və qayğını təşviq etmək, onlara qarşı pis rəftarın və zorakılığın qarşısını almaq, bu sahədə məlumatlılığı artırmaq, uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə nail olmaq, eləcə də şagirdlərin akademik və sosial uğurlarını dəstəkləmək üçün məktəblilərə, onların ailələrinə, məktəbin işçi heyətinə birbaşa və dolayı xidmətlər göstərməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi