V siniflərdə "Bilik yarışı" keçirildi

01.11.2023-cü il tarixində 8 Noyabr- Zəfər Günü ilə əlaqədar məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Qasımlı, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayev və uşaq birliyi rəhbəri Tural Cəmilovun rəhbərliyi altında V siniflər arasında Azərbaycan dili fənni üzrə "Bilik yarışı" keçirildi. Şagirdlərə qapalı və açıq tipli test tapşırıqları olmaqla hər tur üzrə 5 sual təqdim edildi. Yarışın sonunda son nəticə olaraq 5g sinfi I yer, 5ç və 5e sinifləri II yerləri qazandılar. Bütün şagirdləri təbrik edir və gələcək yarışlarda uğurlar arzulayırıq.