"Uşaq hüquqları aylığı" çərçivəsində maarifləndirici dərs keçirildi.

20 oktyabr- 20 noyabr "Uşaq hüquqları aylığı" çərçivəsində məktəbdaxili silsilə tədbirlərin davamı olaraq 01.11.2023-cü il tarixində məktəbin psixoloqu Gülnarə Cəbrayılova və sinif rəhbəri Nuridə Əbilova tərəfindən 4 b sinfində maarifləndirici dərs keçirildi. Keçirilən tədbir zamanı "Uşaq Hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu" nun maddələri ayrı-ayrı izah edilmiş, “Uşaq hüquqları Konvensiyası”nda təsbit edilmiş uşaq hüquqları barədə maddələrdən söhbət açıldı, uşaqların suallarına cavab verildi. Tədbirlərdə uşaqlara onların Qanunla nəzərdə tutulmuş qaydada təhsil almaq, səhiyyə xidmətindən yararlanmaq, ailədə yaşamaq, istirahət etmək və digər hüquq və vəzifələri izah edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi