"Uşaq Hüquqları Aylığı" çərçivəsində maarifləndirici tədbir keçirildi.

31.10.2023-cü il tarixində 2 b sinfində Məfkurə Cəfərovanın təşkilatçılığı ilə sinifdaxili tədbir keçirildi. Tədbir zamanı çıxış edən müəllim İnsan Hüquqları üzrə Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr-20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq Hüquqları aylığı” elan edildiyini, aylığın keçirilməsində məqsədin uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması olduğunu, ölkəmizdə sosial sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birinin uşaqların hüquqlarının təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli olduğunu bildirdi. Daha sonra şagirdlərin hazırladıqları təqdimatlar dinlənildi və videoçarx nümayiş olundu. Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırıldı.