V-VI sinif rəhbərləri ilə görüş

27 oktyabr 2023-cü il tarixində məktəbin psixoloqu Gülnarə Cəbrayılova şagirdlərin orta təhsil pilləsinə adaptasiyasına dəstək olmaq istiqamətində maarifləndirici işin təşkili məqsədi ilə V-VI siniflərin sinif rəhbərləri ilə görüş keçirdi. Görüşdə şagirdlərin dərsə davamiyyəti, problemləri, davranışı, ailə vəziyyəti ilə bağlı qarşılıqlı söhbət aparıldı və sinif rəhbəri üçün hazırlanmış anket sorğu işlənildi.