Qubadlı şəhəri günü qeyd olunub.

25.10.2023-cü il tarixində R.Baxışov adına 218 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Şavəli Babayev, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayev, UBR-i Tural Cəmilov və psixoloq Gülnarə Cəbrayılovanın rəhbərliyi altında Qubadlı Şəhəri Günü haqqında tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı. Tədbiri giriş sözü ilə açan Hüseyn Ağayev bu günün təsis olunması ilə bağlı prezidentin sərəncamını müəllim və şagirdlərin diqqətinə çatdırdı. Daha sonra Şavəli Babayev çıxış edərək Qubadlı şəhərinin tarixi, coğrafiyası haqqında, həmçinin işğaldan əvvəlki və so rakı dönəmlərdə şəhərin vəziyyəti barəsində şagirdlərə məlumat verdi. Şagirdlərə videoçarx nümayiş olundu və həmçinin şagirdlər tərəfindən hazırlanmış təqdimatlar dinlənildi.