VIII siniflərdə "Bilik yarışı" keçirildi.

24.10.2023-cü il tarixində 8 Noyabr- Zəfər Günü ilə əlaqədar təsdiq olunmuş məktəbin Tədbirlər Planına əsasən məktəb üzrə silsilə tədbirlərə start verildi. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Şavəli Babayev, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayevin və UBR-i Tural Cəmilovun rəhbərliyi altında VIII siniflər arasında Coğrafiya fənni üzrə "Bilik yarışı" keçirildi. 13 sinfin qatıldığı yarışda hər komanda üzrə 6 şagird mübarizə aparırdı. 6 turdan ibarət olan yarışın sonunda 8 ə sinfi I yer, 8 ç sinfi II yer, 8 e sinfi III yeri qazandılar. Şagirdlərə gələcək yarışlarda uğurlar arzulayırıq.