VII siniflərdə "Bilik yarışı" keçirildi.

24.10.2023-cü il tarixində 8 Noyabr- Zəfər Günü ilə əlaqədar təsdiq olunmuş məktəbin Tədbirlər Planına əsasən məktəb üzrə silsilə tədbirlərə start verildi. Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayevin və UBR-i Tural Cəmilovun rəhbərliyi altında VII siniflər arasında Biologiya fənni üzrə "Bilik yarışı" keçirildi. 11 sinfin qatıldığı yarışda hər komanda üzrə 6 şagird mübarizə aparırdı. 6 turdan ibarət olan yarışın sonunda 7 c və 7 d sinifləri I yerləri, 7 b və 7 g sinifləri II yerləri qazandılar. Şagirdlərə gələcək yarışlarda uğurlar arzulayırıq.