"Narkotikə yox deyək” adlı görüş keçirildi

21 oktyabr 2023-cü il tarixində məktəbin psixoloqu Gülnarə Cəbrayılova tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində “Sağlam həyat naminə narkotikə yox deyək” adlı növbəti maarifləndirici görüş keçirilib. Görüşdə X c sinif şagirdləri iştirak edib. Çıxış edən psixoloq bu gün ümumbəşəri bəla hesab edilən və haqlı olaraq “ağ ölüm” adlandırılan narkomanlıqla mübarizə sahəsində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər, qəbul edilən Qanun və Dövlət Proqramları, həmçinin müxtəlif istiqamətlər üzrə narkomaniyaya qarşı mübarizə sahəsində Dövlət siyasətindən ətraflı bəhs edib. Sonda məktəbin psixoloqu şagirdlərin suallarını cavablandırıb.