"Uşaq Hüquqları Aylığı" çərçivəsində maarifləndirici tədbir keçirildi.

20 oktyabr 2023-cü ildə məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayev, psixoloq Gülnarə Cəbrayılova və UBR-i Tural Cəmilovun rəhbərliyi ilə “Uşaq Hüquqları aylığı” ilə bağlı maarifləndirici tədbir keçirilib. Tədbirdə VII-VIII sinif şagirdləri iştirak ediblər. Tədbirdə çıxış edənlər uşaq hüquqları sahəsində qəbul olunmuş qanunlar, konvensiyalar, dövlətimiz tərəfindən uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən, milli xüsusiyyətlərin yad təsirlərə məruz qaldığı qloballaşan əsrdə uşaqların milli dəyərlər əsasında düzgün tərbiyə olunması və sağlam mühitdə yetişməsinin əhəmiyyəti barədə ətraflı məlumat veriblər.