III siniflərdə "Bilik yarışı" keçirildi.

23.10.2023-cü il tarixində 8 Noyabr- Zəfər Günü ilə əlaqədar təsdiq olunmuş məktəbin Tədbirlər Planına əsasən məktəb üzrə silsilə tədbirlərə start verildi. Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayevin və UBR-i Tural Cəmilovun rəhbərliyi altında III siniflər arasında Azərbaycan dili fənni üzrə "Bilik yarışı" keçirildi. 10 sinfin qatıldığı yarışda hər komanda üzrə 6 şagird mübarizə aparırdı. 6 turdan ibarət olan yarışın sonunda 3 ç sinfi I yer, 3 b sinfi II yer, 3 c sinfi III yeri qazandılar. Şagirdlərə gələcək yarışlarda uğurlar arzulayırıq.