BŞTİ tərəfindən IV-VIII siniflərdə monitorinq keçirilib.

23.10.2023-cü il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinin göstərişinə müvafiq olaraq məktəbin IV, VI, VII və VIII siniflərinin Azərbaycan dili səviyyəsində biliklərini yoxlamaq məqsədi ilə monitorinq keçirildi. Monitorinq sualları şagirdlərə Azərbaycan və rus bölmələri üzrə 2 variantda təqdim edildi. Sualları cavablandırmaq üçün şagirdlərə 45 dəqiqə vaxt verildi. Monitorinqin keçirilməsində məqsəd şagirdlərin Azərbaycan dili fənni üzrə çatışmazlıqlarını aşkarlamaq və bu istiqamətdə onlara lazımi köməklik göstərilməsinə nail olmaqdan ibarətdir.