Zəngilan şəhəri günü qeyd olunub.

20.10.2023-cü il tarixində məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayevin, UBR-i Tural Cəmilovun rəhbərliyi, Azərbaycan dili və ədəbiyyat müəllimi Fuad Pənahovun təşkilatçılığı, 7b sinif şagirdlərinin iştirakı ilə Zəngilan şəhəri günü münasibətilə tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əbülfət Bağırov öz nitqində müəllim və şagirdləri salamladı, əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Daha sonra Zəngilan haqqında çəkilən görüntülərdən ibarət videoçarx təqdim edildi, rayon haqqında ətraflı məlumat verildi. 27 illik həsrətdən sonra doğma Zəngilana qovuşmağın verdiyi böyük xoşbəxtliyə görə qəhrəman oğullara və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarına minnətdarlıq bildirildi. Sonda şagirdlər təqdimatlarla çıxış etdilər və şeirlər söylədilər.