"Erkən nikah və onun fəsadları" adlı maarifləndirici tədbir keçirildi.

19 oktyabr 2023-cü il tarixində məktəbin psixoloqu Gülnarə Cəbrayılova “Erkən nikah və onun fəsadları” adlı maarifləndirici tədbir keçirmişdir. Tədbirdə iştirakçılara erkən nikahın nə olduğu, onun yaratdığı fəsadlar, qarşısının alınması yolları barədə məlumat verilmişdir. Həmçinin iştirakçılara erkən nikah faktının aşkarlandığı zaman Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəzalar barədə məlumat verilmiş, qadının savadlı olmasının vacibliyi vurğulanmışdır. Sonda mövzu ilə əlaqədar olaraq videoçarx nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi