Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirildi.

18 oktyabr 2023-cü il tarixində məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Hüseyn Ağayev və UBR-i Tural Cəmilovun təşkilatçılığı ilə Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əbülfət Bağırov əvvəlcə müəllim və şagirdləri salamladı. Ə.Z.Bağırov Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına əsasən Azərbaycan xalqının 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etməsi,  28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslandığı və  ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olması faktlarını şagirdlərə çatdırmışdır. Təlim-tərbiyə işləri üzrə direktor müavini Mirismayıl Vahabov  çıxış edərək müstəqilliyimizin möhkəmliyi və onun əbədiliyi barədə şagirdlərə məlumat verdi. Daha sonra tədbir bədii hissə ilə davam edib. Şagirdlərin ifasında şeirlər səsləndirilib və mahnılar ifa edilib. Şagirdlər rəqs nömrələri ilə çıxış ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi