Şagirdlərimizin uğuru

Məktəbin şagirdləri Məmmədova Zeynəb "Zəfərə Doğru" idman klubunun təşkil etdiyi Kikboksinq idman növü üzrə gənclər, yeniyetmələr və kadetlər arasında Bakı birinciliyində I yer tutduğuna, Əlizadə Zeynəb isə XXVII Azərbaycan çempionatı və birinciliyində Lou kik proqramı üzrə 28 kq çəki dərəcəsində III yeri tutduğuna görə medal və diplomla təltif olunmuşlar. Bu uğurları münasibətilə şagirdlərimizi təbrik edir və gələcək yarışlarda uğurlar arzulayırıq.