Füzuli Şəhəri Günü qeyd olundu

17 oktyabr 2023-cü il tarixində məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayev və UBR-i Tural Cəmilovun rəhbərliyi, musiqi müəllimi Tərlan Mirzəyevanın təşkilatçılığı, VIII ə sinif şagirdlərinin iştirakı ilə tədbir təşkil olundu. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı. Əvvəlcə Füzuli Şəhəri Gününün təsis olunması ilə bağlı prezidentin Sərəncamı şagirdlərin diqqətinə çatdırıldı. Füzuli şəhəri ilə bağlı videoçarx nümayiş etdirildi, məlumatlar və şeirlər səsləndirildi. Daha sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mirismayıl Vahabov çıxış edərək Füzuli şəhərinin tarixi, coğrafiyası və mədəniyyət abidələri haqqında ətraflı məlumat verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi