“Zərərli vərdişlərə yox deyək!” mövzusunda görüş keçirildi.

Məktəbin psixoloqu Gülnarə Cəbrayılova şagirdlərlə “Zərərli vərdişlər və onların fəsadları” adlı görüş keçirdi. Görüş zamanı psixoloq şagirdlərə zərərli vərdişlərə dair lazımı maarifləndirici məlumatlar verib, biri-birindən maraqlı və rəngarəng təqdimatlar nümayiş etdirib. Şagirdlərə bir daha siqaretin, alkoqolun və cəmiyyətdə “ağ ölüm” kimi tanınan, sərhəd tanımayan və bu gün beynəlxalq problemə çevrilən narkomaniyanın törətdiyi xoşagəlməz fəsadlar haqqında danışılıb, həmçinin onlara sağlam həyat uğrunda mübarizə aparmağı tövsiyə edilib. Görüş zamanı şagirdləri maraqlandıran suallar  cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi