Psixoloq bulinq haqqında söhbət aparmışdır

07 oktyabr 2023-cü il tarixində məktəbin psixoloqu Gülnarə Cəbrayılova VIII sinif şagirdlərinə bulinq haqqında təlim keçmişdir.Təlimin keçirilməsində əsas məqsəd məktəb şagirdlərini bulinq davranışları ilə tanış etmək və onun qarşısını almaqda onlara dəstək olmaqdan ibarət olmuşdur.Təlim zamanı məktəbdə şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi,tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi,məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə geniş məlumat verilmişdir.