"Təhlükəsiz informasiya axtarışı" mövzusunda maarifləndirici seminar keçirilib

Məktəbin psixoloqu Gülnarə Cəbrayılova IX siniflərdə “Təhlükəsiz informasiya axtarışı” mövzusunda maarifləndirici seminar keçirib.Seminarın məqsədi şagirdlərin "məhrəm-intim" mövzularda doğru informasiyanı əldə etməsini təmin etmək olmuşdur.Seminarda şagirdlərə intimlik, intim mövzular üzrə resuslar barədə məlumat verilmişdir. İnternetdə təhlükəsiz informasiya əldə etmək, təhlükəli və təhlükəsiz informasiya mənbələri haqqında şagirdlər məlumatlandırıldı.Seminarın sonunda şagirdlərin sualları cavablandırılmışdır.