Cəbrayıl şəhəri günü qeyd edildi

04 oktyabr 2023-cü il tarixində məktəbin ingilis dili müəllimi Ləman Şükürlünün təşkilatçılığı ilə Cəbrayıl şəhəri günü ilə əlaqədar olaraq tədbir keçirildi. Öncə dövlət himni səsləndirildi və Vətən uğrunda canlarından keçmiş qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayev Cəbrayıl şəhəri gününün təsis edilməsi ilə bağlı Azərbaycan Respublikasının prezidentinin Sərəncamını diqqətə çatdırdı. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Mirismayıl Vahabov və Şavəli Babayev çıxış edərək Cəbrayıl şəhərinin toponimi, tarixi abidələri, coğrafiyası haqqında şagirdlərə ətraflı məlumat verdilər. Daha sonra videoçarx izlənildi, şagirdlərin hazırladıqları təqdimatlar nümayiş etdirildi.