Şagirdlər Hərbi Qənimətlər Parkını ziyarət ediblər

03 oktyabr 2023-cü il tarixində məktəbin UBR-i Tural Cəmilovun rəhbərliyi ilə X c sinif şagirdləri Hərbi Qənimətlər Parkını ziyarət ediblər. Ziyarət zamanı şagirdlərə ordumuz tərəfindən məhv edilmiş və hərbi qənimət kimi ələ keçirilmiş Ermənistan silahlı qüvvələrinə məxsus müxtəlif tipli hərbi texnikalar, silahlar, döyüş postları və müdafiə sədləri barədə ətraflı məlumat verilib. Şagirdlər Hərbi Qənimətlər Parkından yüksək təəssüratlarla ayrılıblar.