Şagirdlərə Bulinq haqqında təlim keçirildi

29 sentyabr 2023-cü il tarixində məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Hüseyn Ağayev və UBR-i Tural Cəmilov VII b və VIII b sinif şagirdlərinə bulinq haqqında təlim keçirmişdirlər. Təlimin keçirilməsində əsas məqsəd məktəb şagirdlərini bulinq davranışları ilə tanış etmək və onun qarşısını almaqda onlara dəstək olmaqdan ibarət olmuşdur.Təlim zamanı məktəbdə şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə geniş məlumat verilmişdir. Həmçinin şagirdlərə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanmış #mənimlədanış videoçarxı nümayiş edilmişdir.