"Reproduktiv sağlamlıq" mövzusunda maarifləndirici tədbir keçirildi

29 sentyabr 2023-cü il tarixində məktəbin psixoloqu Gülnarə Cəbrayılova VI və VII siniflərdə “Reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici tədbir keçirib. Tədbirin məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir. Tədbir zamanı reproduktiv sağlamlıq üzrə şagirdlərə geniş məlumatlar verilib, onlara sanitar-gigiyenik qaydalara əməl etmək və hər cür zərərli vərdişlərdən uzaq olmaq tövsiyə olunub.