Şəhidlər xiyabanında anım gününə həsr olunmuş tədbir keçirildi

27.09.2023-cü il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Binə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında 27 sentyabr Anım Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Xəzər rayon ictimaiyyətinin nümayəndələri, şəhid və qazi ailələri, həmçinin Xəzər rayonu üzrə ümumtəhsil müəssisələrinin müəllim, şagird kollektivi iştirak edirdilər. Həmçinin məktəbimizin müəllim və şagird heyəti də tədbirdə iştirak etdilər.