Anım günü tədbiri keçirildi

Azərbaycan Respublikası Təhsil nazirinin "27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə" 07.09.2021-ci il tarixli F-429 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 07.09.2021-ci il tarixli F-191 nömrəli əmrinə əsasən 27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planına uyğun olaraq Bakı şəhəri R.Baxışov adına 218 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aysel Vəliyeva və musiqi müəllimi Fərqanə Mayılovanın təşkilatçılığı ilə 27 sentyabr Anım Gününə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycana Respublikasının Dövlət himinin səsləndirilməsi və Vətənin azadlığı uğrunda canlarından keçmiş qəhrəman oğullarımızın əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı. Məktəbin direktoru Əbülfət Bağırov və təlim-tərbiyə işləri üzrə direktor müavini Mirismayıl Vahabov çıxışlarında bu günün tarixi haqqında şagirdlərə ətraflı məlumat verdilər. Daha sonra şagirdlər hazırladıqları kompozisiyaları nümayiş etdirdilər və şeirlər söyədilər.