İbtidai siniflər Binə Şəhidlər xiyabanını ziyarət ediblər

"27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə" 07.09.2021-ci il tarixli F-429 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 07.09.2021-ci il tarixli F-191 nömrəli əmrinə əsasən 27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planına və məktəbin Fəaliyyət Planına uyğun olaraq Bakı şəhəri R.Baxışov adına 218 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimləri Samirə Nəsirovanın, Nailə Qardaşovanın, Xəyalə Əskərovanın və Nəcibə Mayılovanın rəhbərliyi altında şagirdlərin Binə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanına ziyarəti təşkil olunmuşdur. Şagirdlər məzarlar önünə tər qərənfillər düzmüş və şeirlər səsləndirmişlər.