"Tarixin izi ilə" adlı tədbir-sərgi keçirildi

26 sentyabr 2023-cü il tarixində Azərbaycan İstiqlal Muzeyində "Tarixin izi ilə" adlı tədbir-sərgi keçirilib. 44 günlük Vətən Müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi məqsədilə keçirilən tədbirdə, 2021-ci ildən etibarən davam edən “Qəhrəmanlar Can Verir Yurdu Yaşatmaq üçün” layihəsi əsasında sərgi təşkil olundu. Sərgidə tarix yazan qəhrəmanlarımızın ( şəhid kapitan Kamil Şirinov, şəhid kapitan Fərid Dursunov, şəhid kapitan Samir Mikayıllı, şəhid baş leytenant İlqar Vəliyev, şəhid əsgər Əfqan Nəsirov, şəhid əsgər Səbuhi Sadıqov və şəhid çavuş Hilal İmanzadənin anası ) muzey fondlarında qorunub saxlanılan müxtəlif şəxsi əşyaları nümayiş olunub. Tədbirdə şəhid ailələri, Azərbaycan Respublikası DSX Akademiyasının kursantları , məktəbimizin müəllim və şagirdləri, digər qonaqlar da iştirak ediblər.