“Reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici söhbət aparıldı

20 sentyabr 2023-cü il tarixində məktəbin psixoloqu Gülnarə Cəbrayılova “Reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici söhbət aparmışdır. Görüş zamanı məktəbin VIII sinif şagirdləri iştirak ediblər. Görüşün məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir. Seminar zamanı reproduktiv sağlamlıq üzrə şagirdlərə geniş məlumatlar verilib, onlara sanitar-gigiyenik qaydalara əməl etmək və hər cür zərərli vərdişlərdən uzaq olmaq tövsiyə olunub. Bildirilib ki, gələcək nəslin sağlam böyüməsi cəmiyyətimizin ən mühüm məsələsidir.