15 sentyabr "Bilik günü" qeyd edildi

15.09.2023-cü il tarixində məktəbdə “Bilik günü”nə həsr edilmiş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət himinin səsləndirilmısi ilə başlanıldı. Daha sonra vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əbülfət Bağırov şagird və müəllim kollektivinə yeni tədris ilində uğurlar arzuladı və şagirdlərə dərslərinə məsuliyyətlə yanaşmağı, yeni biliklərə yiyələnmək üçün səy göstərməyi tövsiyə etdi. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mirismayıl Vahabov çıxış edərək: bu ildən çox yüksək nəticələr gözləyirik, həm təlimin keyfiyyətinin yüksəldilməsi, həm də uşaqların vətənpərvər ruhda tərbiyə olunaraq şəxsiyyət kimi formalaşması istiqamətində məktəb öz işini davam etdirəcək fikirlərini səsləndirdi. Tarix müəllimi Səbuhi Şahsuvarov “Ulu öndər Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur" mövzusu üzrə çıxış etdi. Şagirdlərin ifasında vətənpərvərlik ruhunda şeirlər səsləndirildi. Daha sonra ilk zəng çalındı və şagirdlər məktəbə daxil oldular. İlk dərslər "Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur" mövzusuna həsr olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi