Sinif valideyn komitələri ilə görüş keçirildi

13.09.2023-cü il tarixində məktəbin rəhbərliyi  valideyn komitələri ilə görüş təşkil etdi. İlk öncə valideynlərin diqqətinə "Valideynlərin və digər qanuni nümayəndələrin hüquq və vəzifələri” çatdırıldı. Məktəbin direktoru Əbülfət Bağırov çıxış edərək valideyn-müəllim, valideyn-məktəb münasibətlərinin qurulmasından danışdı. Daha sonra məktəbdə cari ildə təmir işlərinin aparılması, bundan başqa məktəbli formalarının məcburi olması, keçən tədris ilində məzunlarımızın uğurları və yeni tədris ilində qarşıya qoyulan məsələlər barəsində məlumat verildi. Həmçinin valideynlərin diqqətinə onların dərsdənkənar  və məktəbdənkənar tədbirlərdə də fəal iştirakının önəmi çatdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi