"Milli Kitab Sərgisi"nə ekskursiya təşkil olundu

“Milli Kitab Sərgisi” mütaliə mədəniyyətini təbliğ etmək, uşaqlar və böyüklər arasında kitab oxumaq vərdişini artırmaq, həmçinin kitabsevərlər, müəllif, nəşriyyat evləri və kitabçılar üçün yaradılmış ən böyük tədbir layihəsidir. Şagirdlərin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayev və UBR-i Tural Cəmilovun rəhbərliyi altında 6ğ, 7g, 8b sinif şagirdlərinin iştirakı ilə "Milli Kitab Sərgisi"nə ekskursiya təşkil olundu. Şagirdlər müxtəlif kitablarla maraqlandılar. Şagirdlər "Milli Kitab Sərgisi" dən xoş təəssüratlarla ayrıldılar.