X siniflərdə monitorinq imtahanı keçirildi

03 iyun 2023-cü il tarixində məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nazim Qardaşovun rəhbərliyi altında X siniflərdə ana dili, riyaziyyat və xarici dil fənləri üzrə monitorinq imtahanı keçirildi. Hər fənn üzrə şagirdlərə 15 sual təqdim olundu. Şagirdlərə sualları cavablandırmaq üçün 90 dəqiqə vaxt ayrıldı. Şagird nailiyyətlərinin yaxşılaşdırılması, keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsi monitorinqin əsas məqsədlərindəndir.