İsmayıllı rayonuna ekskursiya təşkil olundu

29 may 2023-cü il tarixində məktəbimizin biologiya müəllimi Cəfərova Elza tərəfindən məktəbin şagirdləri üçün İsmayıllı rayonunun Basqal Dövlət Təbiət Qoruğuna ekskursiyası təşkil edilmişdir. Ekskursiya zamanı şagirdlər Basqalın tarixi ilə yaxından tanış oldular.Basqalın qədim hamamları, məscidləri,bulaqları, eləcə də qədim yaşayış binaları haqqında dəyərli məlumatlar aldılar. Şagidlər həmçinin Kəlağayı sexində də oldular. Qədim baş örtüyü olan kəlağayının baramadan necə hazırlanması, təbii boyaların alınması, boyanması və müxtəlif naxışların mənası haqqında maraqlı məlumatlar öyrəndilər. Şagirdlər həmçinin qədim Pir Çinar ağacını və bazar meydanını da ziyarət etdilər. Sonda xatirə şəkli çəkdirdilər. Şagirdlər Basqaldan xoş xatirələrlə ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi