“Uşaqların nağıl dünyası” adlı tədbir keçirildi

01.06.2023-cü il tarixində məktəbin IV sinif rəhbərləri Nuriyyə Kərimova, Sevinc Fətullayeva, Nailə Qardaşova, Kəmalə Məhərrəmzadə, Aişən Yunisova (Fərqanə Nağıyeva) və Şəlalə Əlləzovanın təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı “Uşaqların nağıl dünyası” adlı tədbir keçirilib. Tədbirdə ilk öncə çıxış edən məktəbin direktoru Əbülfət Bağırov uşaqları təbrik edərək vurğulayıb ki, uşaqlar bizim gələcəyimizdir. Natiq çıxışında bildirib ki, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub. Sonra 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı hazırlamış "Uşaqların nağıl dünyası" adlı tədbirin nağıl əsasında qurulmuş ssenarisi uşaqların maraqlı kompozisiyalarının nümayişi ilə davam etdirilib. Uşaqların nümayiş etdirdikləri nağıl qəhrəmanlarının personajları, şeirlər, mahnılar, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi