“Kiçik Akademiyanın təqdimatları” adlı tədbir keçirildi

23 may 2023 -cü il tarixində Xəzər rayonu Kiçik Akademiya Mərkəzi olaraq 234 nömrəli tam orta məktəbdə “Kiçik Akademiyanın təqdimatları” adlı tədbir keçirildi. Tədbirdə Xəzər rayonu üzrə 30 məktəb iştirak etdi. Hər bir məktəbin təqdimatı və çıxışı izlənildi. O cümlədən, məktəbin şagirdi 8b sinif şagirdi Qurbanəli Nəzrin "Qarabağın təbiəti" adlı təqdimatla çıxış etdi. Təqdimat izləyicilər tərəfindən maraqla qarşılandı və alqışlandı. Nəticə olaraq növbəti konfransa məktəbimiz dəvət aldı.İştirakçıların hər birinə uğurlar arzu edirik.