18 may Beynəlxalq Muzeylər Günü-Ekskursiya

Hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Bu gün Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Əlamətdar günün əsas məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir. Məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayevin və UBR-i Tural Cəmilovun rəhbərliyi altında şagirdlərin Muzey Mərkəzinə ekskursiyası təşkil olundu. Şagirdlər Azərbaycan İstiqlal Muzeyini, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyini, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyini ziyarət etdilər. Ekskursiya şagirdlərdə xoş təəssüratlar yaratdı.