Şagirdlərin əl işlərindən ibarət sərgi keçirildi

Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Tədbirlər Planına, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Tədbirlər Planına və məktəb üzrə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlərin davamı olaraq 10.05.2023-cü il tarixində məktəbin texnologiya müəllimləri Şairə Abdullayevanın, Yeganə Hüseynovanın, Həqiqət Dədəcanovanın, Yeganə Nurməmmədovanın, Əminə Həsənovanın təşkilatçılığı ilə şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olundu. Həmçinin ibtidai siniflər üzrə 1ə, 2b, 2c, 2d, 2ç, 2e, 2g, 3a, 3d, 3e, 3ə, 3q sinifləri sərgiyə yüksək səviyyədə əl işləri təqdim etdilər.