Təhsil işçiləri arasında voleybol yarışı keçirilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş paytaxtın təhsil işçiləri (kişilər) arasında keçirilən voleybol yarışında Xəzər rayon komandası I yerə layiq görülmüşdür. Xəzər rayonu komandası paytaxt birincisi olaraq Bakı şəhəri üzrə Çempion adını qazanıblar. Xəzər rayonunu yarışda yüksək səviyyədə təmsil etdiklərinə görə Xəzər rayon Gənclər və İdman İdarəsinin rəhbərliyi adından komandanın kapitanı Hakim Xəlilov və komandanın üzvləri Tural Əliyev, Rüstəm Cəfərov, Teymur Əskərov, Lətif Bilalov, Muğani Hümbətov, Şıxəmir Qurbanov, Elşən Əkbərov, Rəsul Mahmudov və Elməddin Abbasova təşəkkür edir və gələcək yarışlarda uğurlar arzu edirik! Təbriklər, Xəzər!