"Sən elə bir zirvəsən" adlı tədbir keçirildi

Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Tədbirlər Planına, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Tədbirlər Planına və məktəb üzrə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq məktəbimizdə silsilə tədbirlərə davam edir. Bu tədbirlərin davamı olaraq 08.05.2023-cü il tarixində məktəbin tarix müəllimləri Taliyə Quliyevanın və İradə Qurbanovanın təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə "Sən elə bir zirvəsən" adlı tədbir keçirildi. Tədbirdə Binə qəsəbəsi üzrə yerli icra və bələdiyyə orqanlarının nümayəndələri, məktəb rəhbərləri, valideynlər iştirak edirdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıldı. Daha sonra Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Əbülfət Bağırov açaraq qeyd etdi ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.
Prezident İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Sərəncamına əsasən ölkədə çoxsaylı tədbirlər təşkil olunur. O, öz çıxışında Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğısından bəhs edərək bildirdi ki, Ulu öndər daima bizim yaddaşlarımızda yaşayacaq. Daha sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mirismayıl Vahabov çıxış etdi. O bildirdi ki, Heydər Əliyev Azərbaycançılıq məfkurəsinə daima xüsusi diqqət yetirib. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan ordusunun iştirakı ilə 30 ilə yaxın işğal altında olan torpaqlarımız düşməndən geri alındı və uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan bu gün regionda lider ölkəyə çevrilib. Daha sonra tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalar, şeir, musiqi nömrələri ilə davam etdi. Sonda xatirə şəkili çəkdirildi.