"Dəyərlərimizi qoruyaq!" adlı ingilis dili tədbiri təşkil olundu

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq, təhsilalanları milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirmək və dəyərlərimizi qorumaq məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13.03.2023-cü tarixli 3-29-59 /3-2-123F/2023 nömrəli əmri ilə təsdiq edilmiş "Dəyərlərimizi qoruyaq!" layihəsinin icrası ilə bağlı Tədbirlər Planına uyğun olaraq məktəbin ingilis dili müəllimləri Balamirzə Cahangirov, Ceyhun Hüseynov, Tural Cəmilov, Anar Məmmədov, Gülxar Kəlbiyeva, Səadət Hüseynli, Arzu Mövsümzadə, Aynurə Əliyeva, Gülnar Qasımova, Aynur Daşdəmirli və Rüfanə Abdullayevanın təşkilatçılığı ilə 05.05.2023-cü il tarixində "Heydər Əliyev İli" nə həsr olunmuş "Dəyərlərimizi qoruyaq!" adlı tədbir təşkil olundu. Azərbaycan Respublikasının Dövlət Himinin səsləndirildi. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Əbülfət Bağırov açaraq Ulu öndərin keçdiyi həyat yolu haqqında danışdı. Daha sonra məktəbin tarix müəllimi Səbuhi Şahsuvarov milli-mənəvi dəyərlərimiz haqqında şagirdlərə ətraflı məlumat verdi. Tədbir şagirdlərin hazırladıqları şeir, musiqi və rəqs nömrələri ilə davam etdi. Sonda xatirə şəkili çəkdirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi